10.02.2026

Partiya İnternet Portalı

Partiyalar barədə

Süni intellektlə idarə olunan partiya  parlamentə can atır

2 min read

Danimarkada tam olaraq süni intellektlə idarə olunan yeni yaranmış siyasi partiya 2023-cü ilin iyun ayında ölkədə keçiriləcək ümummilli seçkilərdə iştirak etmək niyyətindədir.

Computer Lars Fondunun rəssamlardan ibarət kollektivinin bu ilin may ayında yaratdıqları Sintetik partiya 2019-cu ildə səsvermədə iştirak etməyən danimarkalıları əhatə etmək istəyir. Partiya hesab edir ki, onların seçkidə iştirak etməmələrinin səbəbi onlara ənənəvi partiyalardan heç birinin müraciət etməməsi olub.

Sintetik partiyanın süni intellekti 1970-ci ildən bəri ölkə partiyalarının bütün yazılı nəşrlərini təhlil etdikdən sonra “sadə insanın siyasi baxışlarını ifadə edən” proqram hazırlayıb. Partiya üzvlərindən biri olan Brild Staunaesin sözlərinə görə, partiya həmçinin “Danimarkanın səsvermə sisteminin səmərələşdiriməsi istiqamətində təhlillərə başlayıb”.

Partiyanın 2023-cü il seçkilərində iştirak etməsi üçün kifayət qədər dəstək əldə edə biləcəyi hələ məlum deyil. Lakin, partiya parlamentə düşərsə öz mandatından Süni İntellektin parlament üzvlərinin işiylə əlaqələndirilməsi üçün istifadə etmək niyyətindədir.

Brild Staunaes deyir ki, “ideya ondan ibarətdir ki, əlimizdə olan nəhəng siyasi və iqtisadi gücü (alqoritmləri) ənənəvi siyasi sistemə tətbiq edək…”.

Seçicilər partiyanın süni intellekti ilə birbaşa olaraq çatbotlar vasitəsilə Discord platforması üzərindən əlaqə qura bilərlər. Sintetik partiya sentyabr ayında “insanlardan ibarət auditoriya” üçün ilk seçki marafonunu keçirməyi planlaşdırır…

https://techxplore.com/news/2022-08-danish-ai-driven-political-party-eyes.html

About Author

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir