ABŞ-da yeni üçüncü siyasi partiya yaradılır
1 min read
Seçicilərin iki partiyalı sistemdən narazılığını nəzərə alan onlarla keçmiş Demokrat və Respublikaçılar yeni partiya yaratmaq qərarına gəliblər.
“İrəli” adlanan yeni partiyaya ilkin olaraq Demokratlar Partiyasından prezidentliyə keçmiş namizəd Endryu Yanq və Nyu Cersinin keçmiş Respublikaçı qubernatoru Kristin Todd Uitman həmsədrlik edəcəklər.
Qurucu üzvləri Reuters agentliyinə bildiriblər ki, onlar ümid edirlər ki, partiya ABŞ siyasətində dominantlıq edən Respublikaçı və Demokrat partiyalara ciddi alternativ olacaq .
Partiya liderləri partiyanın platformasını yaymaq və dəstək cəlb etmək üçün bu payızda ABŞ-ın iyirmiyə yaxın şəhərində bir sıra tədbirlər, sentyabrın 24-də Hyustonda rəsmi açılış mərasimi və gələn ilin yayında partiyanın ilk qurultayını keçirəcəklər.
Yeni partiya son illərdə Amerikanın getdikcə qütbləşən və inkişaf etməyən siyasi sisteminə reaksiya olaraq ortaya çıxan üç siyasi qrupun birləşməsi nəticəsində yaradılır. Keçən il Gallup-ın keçirdiyi sorğunun nəticələrinə görə, amerikalıların üçdə ikisi üçüncü qüvvəyə ehtiyac olduğunu qeyd etmişdilər. “İrəli”nin yaradıcıları da buna istinad edərək yeni partiyanın uğur qazanacağını əmindirlər.
