Şri Lankanın siyasi partiyaları razılığa gəldilər
1 min read
Xüsusi görüşə toplaşan Şri Lankanın siyasi partiya liderləri ölkədəki siyasi böhranın həlli yönümdə razılığa gəliblər. Razılaşmaya görə, 13 iyula qədər hazırki prezident Radjapaksa istefa verərsə 15 iyul parlamentin iclası keçiriləcək, 19 iyula qədər ölkə prezidentləyinə namizədlər iraəli sürüləcək və 20 iyul yeni prezident seçiləcək (News Wire).
Xatırladaq ki, iyulun 9-u minlərlə nümayişçi Kolombonun küçələrinə çıxaraq ölkə rəhbərinin istefasını tələb etmişdilər. Nümayişçilər prezident və baş nazirin rezidensiyalarını ələ keçirməyə müvəffəq olmuşdular.
