10.02.2026

Partiya İnternet Portalı

Partiyalar barədə

Şinzo Abenin siyasi partiyası parlament seçkilərində böyük səs çoxluğu qazanıb

2 min read

Yaponiya Konstitusiyasının dəyişdirilməsinin tərəfdarı olan partiyalar bazar günü keçirilən seçkilərin nəticələrinə görə parlamentin yuxarı palatasında mütləq səs çoxluğu (2/3 yer) əldə ediblər. Bunu prefektura seçki komissiyalarının icmal məlumatları sübut edir.

Bu məlumatlara görə, hakim Liberal Demokrat Partiyası (LDP) və Komeito partiyasından olan deputatlar, həmçinin bu məsələdə onları dəstəkləyən Yaponiya Yeniləşmə Cəmiyyəti partiyası ümumilikdə parlamentin yuxarı palatasındakı 246 yerdən 166-nı alır. Yaponiya qanunlarına görə, konstitusiyaya dəyişiklik etmək üçün ümumxalq referendumunun keçirilməsi tələb olunur. Belə bir referendumun keçirilməsi isə parlamentin hər bir palatasının deputatlarının 2/3-nin bu təşəbbüslə ilə çıxış etməsindən sonra mümkün olur. Parlamentin əsas aşağı palatasında LDP, Komeito və Yaponiya Yeniləmə Cəmiyyəti artıq yerlərin 2/3-nə sahibdir.

Baş nazir Fumio Kişida nəticələri şərh edərək, konstitusiyaya dəyişikliklə bağlı parlamentdə müzakirələrin intensivləşdiriləcəyini vəd edib: “Bu, bizim diqqəti cəmləmək istədiyimiz sahələrdən biridir”. Kişida həmçinin keçmiş baş nazir Şinzo Abenin sui-qəsd nəticəsində öldürülməsi ilə bağlı bir daha başsağlığı verib, mövcud vəziyyət fonunda seçkilərin keçirilməsi qərarının düzgün olduğuna əminliyini ifadə edib: “Seçkilər demokratiyanın əsas təzahürüdür. Demokratiya isə zorakılığa boyun əyməyəcək”.

About Author

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir