YAP-da yeni şöbə yaradılıb
1 min read
“Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında yeni şöbə yaradılıb”.
APA-nın məlumatına görə, bunu YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov “Gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolu” mövzusunda keçirilən konfransda deyib.
T. Budaqov bildirib ki, Mərkəzi Aparatda ayrıca Gender məsələləri şöbəsi yaradılıb: “Hakim siyasi partiya olaraq, ölkə başçısının, partiya sədrinin tapşırıqlarına uyğun olaraq bu sahədə işləri davam etdirəcək”.
https://apa.az/az/xeber/daxili-siyaset/yap-da-yeni-sobe-yaradilib-666751
