Daha 2 partiya qeydiyyata alındı
1 min read
Ədliyyə Nazirliyinin 15 oktyabr tarixli növbəti Kollegiya iclasında 16 qeyri-kommersiya təşkilatı və iki siyasi partiyanın dövlət qeydiyyatı məsələsinə baxılıb. Ədliyyə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, 16 qeyri-kommersiya təşkilatının, Azərbaycan Yüksəliş Partiyasının və Haqq Ədalət Partiyasının müraciətləri əsasında onların sənədlərinin qanunvericiliyin tələblərinə uyğunluğu məsələsi öyrənilib və qeydiyyata alınmaları ilə bağlı qərar qəbul edilib.
Bununla əlaqədar sözügedən partiyaların və QHT-lərin təmsilçilərinə nazirlikdə dövlət qeydiyyatı haqqında şəhadətnamələr təqdim olunub.
