10.02.2026

Partiya İnternet Portalı

Partiyalar barədə

Azərbaycandakı siyasi partiyaların rəhbərləri və bir sıra politoloqlar işğaldan azad olunmuş Ağdam rayonunda səfərdədirlər

1 min read

Ağdam, 17 mart, AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, ölkəmizdəki siyasi partiyaların rəhbərlərinin və bir sıra politoloqların işğaldan azad olunmuş Ağdam rayonuna səfəri təşkil olunub. Onları Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev müşayiət edir.

AZƏRTAC xəbər verir ki, siyasi partiya rəhbərləri və politoloqlar əvvəlcə rayonun Yuxarı Qərvənd kəndində Kümbəz restoranının hazırkı vəziyyəti ilə tanış olub, Uzundərə ərazisində yerləşən, işğal zamanı erməni vandallarının dağıtdıqları İkinci Şəhidlər xiyabanının dağıntılarına baxıblar. Bildirilib ki, vaxtilə burada 1000-dən çox şəhid dəfn edilib. Lakin indi həmin məzarlıqdan əsər-əlamət qalmayıb.

Yolboyu hərbi istehkamların olduğu ərazilərlə tanış olan səfər iştirakçılarına həmin qurğuların mürəkkəbliyi barədə məlumat verilib.

Qeyd edək ki, Ağdam rayonu üçtərəfli Bəyanata uyğun olaraq, noyabrın 20-də Ermənistan tərəfindən Azərbaycana təhvil verilib.

Səfər davam edir.

About Author

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir