10.02.2026

Partiya İnternet Portalı

Partiyalar barədə

Daha 5 siyasi partiya ofis sahəsi ilə təmin olunub

1 min read

Bakı, 19 mart, AZƏRTAC

Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasi-iqtisadi islahatlar nəticəsində partiyalarla sağlam dialoq mühiti, siyasi plüralizm ənənələri formalaşır. Ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların böyük əksəriyyəti iqtidar-müxalifət dialoqunun fəal iştirakçılarıdır.

Dövlət başçısının tapşırıqlarına uyğun olaraq, fəaliyyət imkanlarının genişləndirilməsi, iş şəraitinin yaxşılaşdırılması məqsədilə siyasi partiyaların dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələri ilə təminatı prosesi davam etdirilir.

İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, martın 19-da nazirlik yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən daha 5 siyasi partiyaya fəaliyyət göstərmələri üçün ofis sahəsi təqdim edilib.

Müstəqil Xalq Partiyası, Azərbaycan Azad Demokratlar Partiyası, Aydınlar Partiyası, Vəhdət Partiyası və Gələcək Azərbaycan Partiyasıın nümayəndələri fəaliyyət göstərəcəkləri ofislərlə tanış olublar.

About Author

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir