Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2022-ci kiçik qrant müsabiqəsinin nəticələrini elan edib.
Qrant müsabiqəsinə 7 istiqamət üzrə 584 layihə təqdim olunub. Onlardan 400 QHT layihəsinin maliyyələşdirilməsi haqqında Agentliyin Müşahidə Şurası qərar qəbul edib.
Siyasi Texnologiyalar Mərkəzinin müsabiqəyə təqdim etdiyi “Hamı işini görsün!” layihəsi də qalib layihələr sırasındadır.
Saytımızda vaxtaşırı olaraq layihənin gedişatı ilə bağlı ətraflı məlumat yerləşdiriləcək.
